"Loqotipi hara yerləşdirmək olar?" - şirkətin sahiblərində və ya marketoloqlarda yaranan əsas suallardan biridir. Bunun səbəbi isə loqonun brendin tanınmağında böyük rol oynamasıdır.
- T-shirt, sweatshirt üzərində loqo
T-shirt üzərinə loqo çapı ən populyar variantlardandır. Bu cür məhsullar həm promo-aksiyalar, həm də işçilərin gündəlik istifadəsi üçün nəzərdə tutula bilər.
- Promo-çantalarda loqo
Tanıtım çantaları da populyar əşyalardandır. Reklam çantalarına loqo yerləşdirmək məntiqli həllərdəndir, çünki onlar çox adamın nəzərini çəkir.
Logonun düzgün yerləşdirilməsi niyə bu qədər vacibdir?
Çünki şirkərt loqosunun nə qədər tez gözə çarpması, yaddaşda qalması məhz onun geyimdə necə yerləşdirilməsindən aslıdır.
Bununla bagli bəzi məsləhətlər verə bilərik:
- Loqotipi geyimin sol tərəfinə yerləşdirin - yəni, t-shirtə baxdıqda, şəkil insanlar üçün sağda yerləşməlidir.
- Loqotipi çox kiçik etməyin.
- Məhsula yerləşdirilən loqo mütləq keyfiyyətli olmalıdır.