Keyfiyyətli iş geyimi seçəndə nələrə diqqət edilməlidir ❓
Keyfiyyətli iş geyimi seçəndə nələrə diqqət edilməlidir ❓
İş geyimlərinin rahat və davamlı olması vacib olduğundan, onlara xüsusi tələblər olur. Fəaliyyətə maneə olmaması üçün olan əsas tələblər kimi demək olar ki:

  • Geyim dartılmaya davamlı olmalıdır;
  • Sıx və etibarlı tikişi olmalıdır;
  • Yuyulmalardan sonra yeniliyini saxlamalıdır;
  • Uzun müddət xidmət göstərə bilməlidir;
  • Dizayn və görünüş cəhətdən səliqəli olmalıdır.

Keyfiyyətli iş geyimini hansı xüsusiyyətlərinə görə ayırmaq olar?

  • Sertifikatların mövcudluğu;
  • Yüksək keyfiyyətli, hava keçirən material;
  • Müxtəlif temperaturlarda işləyərkən bədənə rahatlıq verə bilən geyim olmalıdır;
  • Hərəkəti məhdudlaşdırmamalı və bədənə ağırlıq verməməlidir;
  • İkiqat tikiş texnologiyasından və möhkəmləndirilmiş ipliklərdən istifadə olunmalıdır

İş geyimləri yaranan gündən bəri dəbin gedişatına da təsir göstərir. Məsələn, 1980 -ci illərdə ingilis işçilərinin geyindiyi Donkey gödəkçəsi və Dok Martens çəkmələri daha sonra futbol azərkeşlərinin və pank musiqi həvəskarlarının məşhur küçə geyiminə çevrildi. 21-ci əsrdə Londonun və Nyu Yorkun bəzi küçələrində kişilər 20-ci əsrin iş geyimini xatırladan kombinezonlar geyinirlər. 

İş geyimi xırda detallara qədər düşünülmüş olmalı, özündə estetika və funksionallığı birləşdirməlidir.