İşçi Geyimleri  |  Yay Dəstini Necə Seçək? ✅ - Polar.az
İşçi Geyimleri | Yay Dəstini Necə Seçək? ✅ - Polar.az
Paltar seçən zaman insanlar hər zaman öz istəklərinə uyğun davranır. Lakin, rahatlıq üçün hər fəslin xüsusiyyətlərini də seçim zamanı nəzərə almaq mütləqdir. 

İş paltarı seçmək mürəkkəb və diqqət tələb edən işdir, çünki bu geyim fəaliyyətə mane olmamalı, rahat və sərin olmalı, eyni zamanda şirkətin imicini əks etməlidir. 

Yay geyimi seçərkən nələrə diqqət etməliyik?

  • Paltarın Materialı
İstilik, toz, rütubət və külək yay aylarında işləməyi çətinləşdirir. Buna görə də parça hava keçirən və tez quruyan olmalıdır. 

  • Paltarın Forması
Tövsiyyə olunur ki, yay fəslində hərəkətə və vəzifələrin icrasına müdaxilə etməyən formada geyimlər seçəsiniz. Məsələn, rahatlıq üçün boş formalara üstünlük vermək olar. 

  • Parçanın yüngüllüyü
İsti fəsildə pambıq məhsullarına üstünlük verməlisiniz. Bu zaman bədəninizin rahat nəfəs almasına imkan yaradacaqsınız. İdealda, geyim sintetik materialın və pambığın qarışığı olmalıdır. Bu zaman sintetika məhsula davamlılıq, pambıq isə bədəninizin rahatlığını təmin edəcək. 

  • Papaq
Sizi günəşdən qoruyan papaq mükəmməl bir seçimdir. Eyni zamanda, papaq vasitəsi ilə geyiminiz tamamlanmış olacaq. 

Düzgün seçilmiş iş geyimi işçilərinizin rahatlığını və təhlükəsizliyini təmin edəcəkdir. Bundan əlavə, xüsusi geyim korporativ mədəniyyətin formalaşmasına və müştərilərinizdə xoş təəssüratın yaranmasına kömək edir.