Biz kimik?!

Biz yüksək keyfiyyətə malik işçi geyimləri, promo geyimlər və digər tekstil məhsullarının hazırlanması və istehsalını həyata keçirən komandayıq. Mütəxəsislərimiz gündəlik olaraq zamanın tələbinə uyğun dizayn və modellərin üzərində işləyir, müştərilərimizin istəklərini nəzərə almaqla bütün keyfiyyət standartlarına uyğun məhsulların hazırlanması üzərində çalışır. Biz bütün Azərbaycan üzrə xidmət göstərir, məhsulların müştərilərimizin anbarına kimi çatdırılmasını təmin edirik.

Şirkətimiz hər bir sahəyə uyğun geyimlərin modelləşməsi və tikilişini həyata keçirir. Fəaliyyətimiz dövründə müxtəlif sahələrdə çalışan işçilər və sahələrinin xüsusi tələbinə görə hazırlanan məhsulların tikilişini gerçəkləşdirmişik. Təcrübəmizdə Neftin çıxarılması və emalı sahəsi, Qida sənayesi, Nəqliyyat sahəsi, Tibb sahəsi, Otel və Restoran sahəsi, Reklam və digər sahələr üçün hazırlanan müxtəlif model və parçalardan ibarət məhsullar var.

Məhsullarımız: İşçi geyimi, promo geyimlər, korporativ geyim, tibbi geyimlər, restoran geyimləri, otel tekstili və s.

İmkanlarımız: Hər rəng və növdə parçalardan geyimlərin tikilişi

Xüsusi xidmətlər: Model dizaynının hazırlanması və geyimlərin üzərinə hər növ logoların vurulması

Biz Sizi düşünərək işləyirik!